Ankara və İstanbulda Xocalı Soyqırımının 20-ci ildönümü ilə əlaqədar tədbirlər təşkil ediləcək

Ankara və İstanbulda Xocalı Soyqırımının 20-ci ildönümü ilə əlaqədar tədbirlər təşkil ediləcək

Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq qrupunun üzvü, millət vəkili Qənirə Paşayeva Ankara şəhərində 23-25 fevral tarixlərində Xocalı Soyqırımının 20-ci ildönümü ilə əlaqədar təşkil ediləcək tədbirlərdə iştirak edəcək.

SİA-nın aldığı məlumata görə, millət vəkili 23 fevral saat 14.00-da Qazi Universitetində, 24 fevral saat 15.00-da Hacettepe Universitetində, 25 fevral saat 14.30-da Ortadoğu Texnik Universitetində Xocalı Soyqırımının 20-ci ildönümü ilə əlaqədar anım tədbirlərində çıxış edəcək.

Millət vəkili Qənirə Paşayeva 26 fevral saat 14.00-da İstanbulun Taksim meydanında keçiriləcək "Qəlbimizdə Xocalılı, hamımız Qarabağlı" adlı mitinq-yürüşdə də iştirak edəcək. O, həmçinin fevralın 29-da Gebze Universitetində Xocalı Soyqırımı ilə bağlı keçiriləcək konfransda da çıxış eədəcək.

Tədbirlərin keçirilməsində məqsəd Xocalı Soyqırımı, Dağlıq Qarabağ həqiqətlərinin daha geniş şəkildə yayılmasına nail olmaq, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, soyqırımlar, Ermənistanın 20 ildən artıqdır ki 1 milyon azərbaycanlının öz yurd-yuvasına dönməsinə imkan verməməsi barədə ətraflı məlumatlar verməkdir.

Tədbirlər çərçivəsində millət vəkili Qənirə Paşayeva və Qarabağın Azərbaycanlı İcmasının üzvü, sabiq millət vəkili Havva Məmmədovanın yazdığı və Türkiyə türkcəsində çap olunmuş "Hocalı Soykırımı: Tanıkların dilinden" kitabının təqdimatı da keçiriləcək.


Bütün xəbərlər Facebook səhifəmizdə