Azərbaycanın bəzi saytlarına növbəti kiberhucum həyata keçirilib
Azərbaycanın bəzi saytlarına qarşı növbəti kiberhucum həyata keçirilib. Fevralın 20-də kecə saatlarından başlayaraq erməni hakerləri 20-dən artıq internet səhifəsinə müdaxilə ediblər. Bu sırada "Eurovision 2011″in qalibi Nigar Camalın www.nigarjamal.com, "Sahibkarlar üçün internet mətbuat xidməti və elektron resurs mərkəzi" olan www.econews.az portalı, bir neçə elektron qəzet, QHT-lərin, firmaların saytları var.
Hücuma məruz qalmış bütün saytlarda 2004-cü il fevralın 19-da Budapeştdə Ramil Səfərov tərəfindən öldürülən Qurgen Markaryanın fotoları yerləşdirilib.
Müdaxilə olunan saytlar sırasında:
http://sulh.az/
http://autolux.az/
http://www.bakucctv.com/
http://www.dayaq.org/
http://rednews.az/
http://www.sonxeber.az/
http://cereselektrik.com/
http://primetime.az/
http://www.rotaract.az/
http://www.hilalelektrik.az/
http://toyumuz.com/
http://cinsielaqe.com/
http://www.atv.az/
http://study-line.az/
http://www.americanacademy.az/
http://www.jalal-i.com/
http://brf.az/
http://www.extreme.az/
http://arabesque.az/
http://www.zirve.edu.az/index.php saytları var.
Məsələyə münasibət bildirən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov bu cür hücumların bütün dünyada baş verdiyini və onun qarşısının alınması üçün müvafiq tədbirlər görüldüyünü dedi: "Tezliklə görülən işlər öz nəticəsini göstərəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB