Bakıda BMT-nin Ümumdünya Ərzaq Proqramının Azərbaycandakı nümayəndəliyinin rəhbəri olmuş Fuad Hüseynovun anası xüsusi amansızlıqla qətlə yetirilib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, hadisə ötən gecə Azadlıq prospektində yerləşən 9 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində qeydə alınıb.
Həmin ünvanda yaşayan, 1938-ci il təvəllüdlü Elmira Səxavət qızı İsmayılova naməlum şəraitdə çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib. Ev sahibəsi qətlə yetirildikdən sonra mənzil yandırılıb. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri yanğının qarşısını ala biliblər.
İlkin ehtimala görə, qətl qarət məqsədilə törədilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB