Brüsseldə Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə mitinq keçiriləcək

Brüsseldə Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə mitinq keçiriləcək

Fevralın 28-də Brüsseldə Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə mitinq keçiriləcək. SİA-nın Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, mitinq Brüsseldəki "Place Schuman" meydanında, Avropa Komissiyasının önündə keçiriləcək.

"İnsanlıq ayıbı Xocalıya ədalət", "Hamımız Xocalılıyıq! Hamımız Türkük!" şüarlarının səsləndiriləcəyi mitinqdə bu ölkədə fəaliyyət göstərən Azərbaycan və Türk diaspor təşkilatlarının, siyasi partiya və ictimai təşkilatların nümayəndələrinin iştirakı planlaşdırılır.

Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin təşəbbüsü ilə baş tutacaq aksiyanın keçirilməsində məqsəd ictimaiyyətin diqqətini 26 fevral 1992-ci il tarixində ermənilərin Azərbaycanın Xocalı şəhərinin dinc sakinlərinə qarşı törətdiyi soyqırımına yönəltmək, Xocalı şəhidlərinin xatirəsini anmaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə