Ukraynanın Nikolayev şəhərində Xocalı soyqrımının 20-ci ildönümünə həsr olunmuş anım mərsimi keçirilib - FOTOSESSİYA

Ukraynanın Nikolayev şəhərində Xocalı soyqrımının 20-ci ildönümünə həsr olunmuş anım mərsimi keçirilib - FOTOSESSİYA

İslam Konfransı Gənclər Forumunun və Ukrayna Azərbaycanlı Gənclər Birlyinin təşəbbüsü ilə Ukraynada elan olunmuş Xocalı ayı çərçivəsində Nikolayev şəhərində Xocalı soyqrımının 20-ci ildönümünə həsr olunmuş anım mərsimi keçirilib.

SİA-nın Ukrayna bürosunun verdiyi məlumata görə, Xocalı soyqrımını törətməklə bəşər tarixinin qəddarlıq səlnaməsinə əbədi imza atan erməni qəsbkarları öz tarixi cinayətləri qarşısında cavab verməlidir. Nikolayev vilayət dovlət admnistrasiyası rəsmilərinin, bir sıra xalqların diaspor təşkilatları nümayəndələrinin və media təmsilçilərinin qatıldığı anim mərasimində çıxışina bu sözlərlə giriş verən Nikolayev vilayətində fəaliyyət göstərən Heydər Əliyev adına mədəniyyət və təhsil mərkəzinin sədr müavini Yunus Əliyev ermənilərin son iki əsrdə Azərbaycanın tarixi ərazilərində həyata keçirtdikləri soyqrimı, deportasiya və işğlçılıq siyasti haqqında ətrafli məlumat verib.

Sonra mərasimə qatılanlar Trend İnformasiya agentliyinin xətti ilə çəkilmiş "Sözün bitdiyi zaman" filminə baxmaqla ermənilərin son iki əsrdə Azərbaycan xalqına qarşı həyata keçirtdikləri soyqrım və işğalçılıq siyasəti ilə tanış olublar. Filmə baxdıqdan sonra həyacanlı notlarla çıxış edən Nikolayev şəhər Admnistrasiyasının nümayəndəsi İlona Karendo, Nikolayev vilayətindəki rus icmasının sədri Tamara Belova, Bolqar cəmiyyətinin sədri Denis Jelo və bir sıra xalqların diaspor rəhbərləri ermənilərin Xocalı şəhərində dinc əhaliyə, xüsusən də uşaqlara, qadınlara və yaşlı insanlara qarşı törətdikləri vəhşilikləri bir xalqa və millətə qarşı yönəlmiş əsl soyqrımı siyasəti adlandirıblar. Beynəlxalq təşkilatları və dünya birliyini belə bir bəşəri cinayətə hüquqi siyasi qiymət verməyə səsləyiblər.

Anım Mərasimində Ukrayna Azərbaycanlı Gənclər Birliyinin baş katibi Ayaz Salmanov, Birliyin Nikolayev təşkilatının sədri Xəyyam Dünyamalızadə Azərbaycan Yazıçılar Birliyinin üzvü Cığatel İsaqızı və digər soydaşlarımız çıxış edərək 20 il bundan öncə ermənilərin Xocalı şəhərində azərbaycanlılara qarşı həyata keçirtdikləri soyqrımı aktına görə tarix qarşısında cavab verəcəklərinə əminliklərini bildiriblər.


Əlmaniz ƏLƏKBƏRLİ, SİA-nın Ukrayna bürosu


Bütün xəbərlər Facebook səhifəmizdə