Salyanda ötən ilin yekunları müzakirə edilib - FOTO

Salyanda ötən ilin yekunları müzakirə edilib - FOTO

Salyanda rayon 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2012-ci ildə qarşıda duran vəzifələr müzakirə edilib. SİA-nın Aran bürosunun məlumatına görə, rayon rəhbərliyi və qonaqlar əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Sonra Salyan rayon icra hakimiyyətində təşkil olunmuş sərgiyə baxış keçirilib. Müşavirədə Salyan rayon icra hakimiyyətinin başçısı Tahir Kərimov çıxış edərək bildirib ki, 2011-ci ildə rayonun sosial-iqtisadi göstəriciləri artıb, nəticədə məhsul buraxılışının həcmi 188 milyon 423 min manat olub.

Müvafiq dövrə nisbətən sənaye məhsulunun ümumi həcmi 14,7 faiz, kənd təsərrüfatı məhsullarının ümumi həcmi 29,0 faiz, rabitə işlərinin həcmi 29,9 faiz, pərakəndə ticarət dövriyyəsi 8,7 faiz, əhaliyə göstərilən pullu xidmət 9,0 faiz, əsas kapitala yönəldilən investisiya 5 dəfə artaraq 98 milyon manat olmuşdur ki, bunun da 84 milyon manatını tikinti quraşdırma işlərinin həcmi təşkil edir. Bir nəfərə düşən orta aylıq əmək haqqı 194,0 manat, ümumi məhsul buraxılışının həcmi 1488 manatdır.

2010-cu ilin payızında 2011-ci ilin məhsulu üçün 16531 hektar sahədə taxıl əkini aparılıb ki, bunun da 6335 hektarı buğda, 10196 hektarı isə arpa əkin sahələri təşkil edib. 2011-ci ildə 16531 hektar taxıl əkin sahələrindən hektardan 29,3 sentner məhsuldarlıq əldə etməklə 48438,2 ton taxıl istehsal olunub. 6335 hektar buğda əkin sahələrindən hektardan 30,6 sentner məhsul əldə etməklə 19357,2 ton buğda, 10196 hektar arpa əkin sahələrindən hektardan 28,5 sentner məhsul əldə etməklə 29081,0 ton arpa istehsal edilib.

Qeyd etmək lazımdır ki, 2010-cu ilə nisbətən hektardan məhsuldarlıq 7,7 sentner çox olub. Rayonda 2012-ci ilin məhsulu üçün 17200 hektar sahədə taxıl əkilmişdir ki, bunun da 7022 hektarını buğda, 10178 hektarını arpa əkin sahələri təşkil edir.

Rayonun təsərrüfatlarında 9707 hektar sahədə yazlıq əkinlər aparılıb ki, bunun da 284 hektarını qarğıdalı, 308 hektarını yazlıq arpa, 1269 hektarını pambıq, 182 hektarını günəbaxan, 4222,0 hektarını təzə yonca, 200 hektarını silosluq qarğıdalı, 449 hektarını kartof, 1420 hektarını tərəvəz, 1267 hektarını bostan əkin sahələri təşkil edib. Ümumilikdə rayonda cəmi əkinlər 44878 hektar təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 min hektar çoxdur. 2011-ci il ərzində rayonda 1603,9 ton dən üçün qarğıdalı, 2183,7 ton pambıq, 3882,5 ton kartof, 8594,5 ton tərəvəz, 11309 ton ərzaq üçün bostan, 2575,1 ton meyvə istehsal olunub.

2011-ci il ərzində rayonda ət istehsalı 12650,1 ton, ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,3 faiz çox, süd istehsalı 42207,2 ton, ötən ilin müvafiq dövrlə müqayisədə 3,3 faiz çox, yumurta istehsalı 34377 min ədəd, ötən ilin müvafiq dövrlə müqayisədə 6,3 faiz çox, yun istehsalı 325,3 ton olub. Qeyd etmək lazımdır ki, 01 yanvar 2012-ci il tarixə rayonda 16 süni mayalama məntəqəsi tərəfindən 2085 baş inək və düyələrdə süni mayalama işləri aparmaqla, 1093 baş sağlam buzov alınmışdır.

2011-ci ildə rayonda 118 milyon 718 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub ki, bu da 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə 26 milyon 678,9 min manat və ya 27,5 faiz çoxdur deyən rayon rəhbəri həlli vacib olan problemlərə də toxunaraq qarşıda dayanan vəzifələr barədə tapşırıqlarını verib. Məruzə ətrafında çıxışlar dinlənilib. Hesabat yığıncağında iştirak edən Prezident Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev, millət vəkilləri Əliağa Hüseynov və Fəzail Ağamalı çıxış edərək Salyanın uğurlarından danışıblar. Sonda Prezident İlham Əliyevə müraciət qəbul olunub.


İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə