Vətəgə əhəmiyyətli balıq növləri artırılır

Vətəgə əhəmiyyətli balıq növləri artırılır

Ötən il su hövzələrinə müxtəlif növ vətəgə əhəmiyyətli balıq körpələrinin artırılmasını təmin edən müəssisələr tərəfindən 335,02 milyon ədəd balıq körpələri (nərəcinsli balıqlar 3,41 milyon ədəd, qızılbalıq 171,6 min ədəd, çəkikimilər 326,84 milyon ədəd, (ağ amur) bitki ilə qidalanan 4,6 milyon ədəd) süni və təbii yolla artırılaraq təbii su hövzələrinə buraxılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamenti tərəfindən bu sahədə qanun pozuntularına yol verənlərə qarşı da tədbirlər görülür.

Qurumun əməkdaşları qanun pozucularından 8 ədəd qayıq, 70 ədəd tor, 740 müxtəlif növ balıq götürüb. 3 iş Respublikanın rayon məhkəmələrinə, 22 iş hüquq mühafizə orqanlarına göndərilib. 29 işə inzibati qaydada SHBRAMD tərəfindən baxılıb. Bioloji resurslara vurulmuş ziyanla bağlı ümumilikdə 38419 manat məbləğində iddia tətbiq edilib.

Qeyd edək ki, 22 hüquqi və 119 nəfər fiziki şəxsə balıq ehtiyatlardan istifadə etmək üçün icazə verib.


Bütün xəbərlər Facebook səhifəmizdə