Brüsseldə Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar mitinq keçiriləcək
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fəaliyyət göstərən Avropa Azərbaycan Cəmiyyəti Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirəcək.
Fevralın 22-də Londonda Xocalı soyqırımına həsr olunmuş rəsm əsərlərindən ibarət sərgi də təşkil olunacaq. Benilüks Azərbaycanlıları Konqresi fevralın 22-də Amsterdamda azərbaycanlı uşaqların Xocalıya aid əl işləri və rəsmlərindən ibarət sərgi, fevralın 23-də Haaqada "Uşaq rəsm sərgisi" təşkil edəcək.
Fevralın 28-də Benilüks Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə isə Belçikanın paytaxtı Brüsseldə Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə mitinq keçiriləcək. Brüsseldəki Place Schuman meydanında Avropa Komissiyasının önündə saat 13.00-15.00 arasında keçiriləcək "İnsanlıq ayıbı Xocalıya ədalət mitinqi"ndə "Hamımız Xocalılıyıq! Hamımız Türkük!" şüarlarının sədaları altında ölkədə fəaliyyət göstərən Azərbaycan və Türk diaspor təşkilatlarının, siyasi partiya və ictimai təşkilatların nümayəndələrinin iştirakı planlaşdırılıb.
Fevralın 25-də İsveç Krallığının Malmö şəhərində İsveç Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Xocalı soyqırımına həsr olunmuş konfrans, fevralın 26-da Stokholm şəhərində Azərbaycan İsveç Federasiyasının təşkilatçılığı ilə seminar keçiriləcək. Fevralın 26-da həmçinin Azərbaycan İsveç Federasiyası tərəfindən Stokholmda Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş kütləvi etiraz aksiyasının keçirilməsi də planlaşdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB