Bakı-Şamaxı-Muğanlı avtomobil yolu dörd zolaqlı olacaq

Bakı-Şamaxı-Muğanlı avtomobil yolu dörd zolaqlı olacaq

Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun 15-45-ci kilometrlik hissəsi dördzolaqlı olacaq. Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənovun SİA-ya verdiyi məlumata görə, \"Azərinşaatservis\" MMC ilə \"Azəryolservis\" ASC arasında \"Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun 15-45 km hissəsinin dörd zolaqlıya genişləndirilməsi\" layihəsinin icrası ilə əlaqədar müqavilə bağlanıb. MMC yaxın günlərdə baş podratçı qismində layihə üzrə tikinti işlərinə başlayacaq. Layihə üzrə genişləndirilməsi nəzərdə tutulan mövcud yolun uzunluğu 30 kilometr olacaq. Yolda hər bir məlumatların toplandığı elektron monitorlar qurulacaq. Bu monitorlarda sürət həddi, havanın temperaturu göstəriləcək. Bundan başqa bu yolda müxtəlif yol hərəkəti işarələri də elektron formada tətbiq olunacaq.


Bütün xəbərlər Facebook səhifəmizdə