Azərbaycanla Ukrayna aerokosmik sahədə əməkdaşlıq edəcək

Azərbaycanla Ukrayna aerokosmik sahədə əməkdaşlıq edəcək

Azərbaycanla Ukrayna cari ilin yayında aerokosmik sahədə birgə proqram icra etmək niyyətindədir. SİA-nın məlumatına görə, Dnepropetrovsk Aviasiya Akademiyası ilə Azərbaycan Aviasiya Akademiyası arasında Bakıda aerokosmonavtika fakültəsinin yaradılması haqqında razılığa gəlinib.

Qeyd edək ki, Azərbaycanla Ukrayna arasında ikitərəfli münasibətlər uğurla davam edir. Hazırda iki ölkə arasında həyata keçirilən mal dövriyyəsinin həcmi 1,4 milyard dollara çatıb. Bu ilin sonunda bu rəqəmi 1,6 milyard dollara çatdırılması planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə