YAP Neftçala rayon təşkilatının VII konfransı keçirilib - FOTO

YAP Neftçala rayon təşkilatının VII konfransı keçirilib - FOTO

Yeni Azərbaycan Partiyası (YAP) Neftçala rayon təşkilatının VII konfransı keçirilib. SİA-nın Aran bürosunun məlumatına görə YAP Neftçala rayon təşkilatının sədri Anar Cəfərov hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, ötən dövr ərzində partiyanın nizamnaməsinə uyğun olaraq İdarə Heyətinin 68, Rayon Şurasının 20 yığıncağı keçirib və həmin yığıncaqlarda partiya təşkilat işinin və ideoloji işin ən aktual məsələləri geniş müzakirə edilərək bu sahədə işlərin yaxşılaşdırılmasına yönəldilən müvafiq qərarlar qəbul edilib. Görülən tədbirlər nəticəsində ərazi ilk partiya təşkilatlarının sayı 51-ə çatdırılıb. Hesabat dövründə partiya üzvlərinin sayı 3901 nəfərə çatdırılıb. Onların da 1748 nəfərini, yəni 44.8 faizini qadınlar, gənclərin sayı isə 1524 nəfər olmaqla 39.0 faiz təşkil edir. Hesabat dövründə 898 nəfər partiya sıralarına qəbul edilib ki, onun 33,4 faizini gənclər, 39,8 faizini qadınlar təşkil edir. Bu sahədə Xolqaraqaşlı kənd, Xolqarabucaq kənd, Elektrik şəbəkəsi, Sarıqamış kənd, Neftçala şəhər-1 ərazi ilk partiya təşkilatları səmərəli fəaliyyət göstəriblər.

Hesabat dövründə üzvlük haqlarından 105901 manat 65 qəpik toplanıb. Toplanmış vəsaitdən 23019 manatı Mərkəzi Aparatın cari hesabına, 51325 manat 74 qəpik rayon təşkilatının İcra Aparatının işçilərinin əmək haqqına, 3470 manat 20 qəpik ezamiyyə xərcinə, təsərrüfat xərclərinə 3134 manat 34 qəpik, kommunal xərclərə isə 1528 manat 52 qəpik xərclənib, bundan əlavə gəlir vergisi üçün 6912 manat 24 qəpik büdcəyə, 14778 manat 34 qəpik isə DSMF-yə köçürülüb, 650 manat nəqliyyat xərcləri üçün sərf edilmiş, 1083 manat 27 qəpik isə bank xidməti üçün tutulub. Hesabatdan sonra məruzələr dinlənilib. YAP Neftçala rayon təşkilatının 7-ci konfransında millət vəkili Arif Rəhimzadə çıxış edərək fikirlərini bölüşüb, tövsiyələrini verib. Sonra təşkilatı məsələ müzakirə edilib.

Anar Cəfərov yenidən YAP Neftçala rayon təşkilatının sədri seçilib və 41 nəfərdən ibarət şura üzvü həmçinin 15 nəfərdən ibarət idarə heyətinin üzvü seçilib. Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevə Neftçala YAP-çıları adından müraciət qəbul olunub.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə