Valideynlər nə etməli?
Azərbaycan Sosioloqlar Birliyinin icraçı direktoru Əbülfəz Süleymanlı bildirir ki, valideynlərin övladlarını nəzarətsiz qoyması və onların da kommunikasiya vasitələrinin zərərli tərəflərindən istifadə etməsi nəticəsində bu cür təhlükəli hallarla qarşılaşma ehtimalı yüksək olur: "Çünki həmin uşaqlar səmimi ola, uşaqlıq hisslərinə qapıla, qarşılarındakı insanın niyyətini bilməyə bilərlər. Buna görə də, hesab edirəm ki, valideynlərin nəzarəti mütləq gücləndilirməlidir. Xüsusilə də, valideynlərin bu barədə bilgiləri çox olmalıdır".
Sosioloq baş verən hadisəyə yanaşma ilə bağlı da danışdı: "Bir çox informasiya vasitələri bildirdi ki, guya qızların Bakıya gəlişi, bu kimi halların baş verməsi şəhərə meylliliklə bağlıdır. Ancaq məncə, bu cür izahat hadisəyə çox səhv yanaşmadır. Məsələni düzgün qiymətləndirmək, düzgün möqe bildirmək lazımdır. Cəmiyyəti də problemin özünə yönəltmək lazımdır. Yoxsa hadisənin şəhərə meylliliklə nə əlaqəsi var? Bu cür insanlar şəhərdə də eyni problemlə qarşılaşa bilərlər". Psixoloq hesab edir ki, ona görə də, valideynlər maarifləndirməli və övladlarını xüsusi şəkildə nəzarətdə saxlamalıdırlar: "Bilməlidirlər ki, hansı internet saytlarına girirlər, kimlərlə nə yazışırlar? Bütün bunlar barədə məlumatlı olmalıdırlar. İnternetdə xüsusi proqramlar var ki, valideynlər onlardan istifadə edərək uşaqlarının hansı saytlara girdiyini öyrənə və ona qadağa qoya bilərlər". Onun fikrincə, gələcəkdə bu cür halların təkrarlanmaması üçün məsələyə ciddi yanaşmaq lazımdır.
Sosial məsuliyyətsizlik problemi
Cəmiyyətdə bu kimi halların baş verməsi və ona baxışın adiləşməsinə gəldikdə isə, Əbülfəz Süleymanlı qeyd etdi ki, kütləvi informasiya vasitələrinin belə hadisələri çox gündəmdə saxlaması onun daha da artmasına səbəb ola bilər: "Hesab edirəm ki, burda bir qədər ehtiyatlı və diqqətli olmaq lazımdır. Həmçinin, belə məsələlərdə sosial məsuliyyət hissi olmalıdır. İstər media, istərsə də hər hansı ictimai qurumun nümayəndəsi olsun, mövzuya sosial məsuliyyətlə yanaşmalıdırlar. Baş verən hadisə cəmiyyətə təkcə informasiya kimi ötürülməməlidir. Xəbər çatdırılarkən onun arxasındakı fəsadları mütləq götür-qoy etmək, etik cəhətlərə diqqət etmək lazımdır. Çox təəssüflər olsun ki, adi vətəndaşdan tutmuş madia nümayəndəsinə kimi sosial məsuliyyət hissi çox zəifdir və bunu gündəmə gətirmək lazımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB