Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi Yol Patrul Xidməti inspektoru vəzifəsində işləmək istəyənlər üçün müsabiqə elan edib. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədovun SİA-ya verdiyi məlumata görə, müsabiqədə hərbi xidməti tam başa vuran, yaşı 20-dən az, 30-dan çox olmayan, boyu 175 sm-dən yuxarı olan, idman cüssəli, sürücülük vəsiqəsi və Bakı şəhərində qeydiyyatda olan vətəndaşlar iştirak edə bilər.
Müsabiqəyə qatılmaq arzusunda olan şəxslər martın 1-dək şənbə və bazar günləri istisna olmaqla Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin kadrlar bölməsinə müraciət edə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB