YAP Gənclər Birliyinin keçirdiyi “Qış məktəbi” layihəsinin iştirakçıları Qəbələ diyarşünaslıq muzeyi ilə tanış olublar
Xəbər verildiyi kimi Yeni Azərbaycan Partiyası Gənclər Birliyi fevralın 17-19 tarixlərində "Qış məktəbi" layihəsi keçirilir. Layihə çərçivəsində "Qış məktəbi"nin iştirakçıları bu gün Qəbələ diyarşünaslıq muzeyi ilə tanış olublar. Gənclərə muzey haqqında məlumat verilib, bildirilib ki 1980-ci ildən fəaliyyət göstərən bu muzeyin əsas fondunda Qəbələnin 2.500 illik tarixini əks etdirən 20 minə yaxın tarixi və elmi əhəmiyyətə malik eksponat mühafizə olunur. Arxeoloji, etnoqrafik, numizmatik materiallar, xalq tətbiqi sənəti nümunələri, qədim əlyazma və çap kitabları diqqəti xüsusilə cəlb edir. Doqquz yüz kvadrat metr ərazisi olan muzeydə 13 ekspozisiyazalı, Heydər Əliyev xatirə guşəsi, şəkil qalereyası, zəngin elmi kitabxana, qədim daş abidələrdən təşkil olunmuş sərgi meydançası var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB