Biz burada həm öz hüquqlarımızı bilməliyik, həm bununla bağlı konkret mübarizə aparmalıyıq, eyni zamanda əlimizdə olan məlumatları dərhal müvafiq hüquq-mühafizə orqanlarına çatdırmalıyıq. Bunu Səs TV-yə açıqlamasında Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev Korrupsiyanın qarşısın alınması istiqamətində dövlət tərəfindən atılan addımlara münasibət bildirərkən deyib.
Millət vəkili: "Korrupsiya sosial bir bəladır. Bu məsələdə bir tərəfdən inzibati, cəza tədbirləri bir tərəfdən maarifləndirmə, profilaktika digər tərəfdən isə sosial rifahın artırılması bunların hər biri kompleks yanaşma tələb edir. Beynəlxalq təcrübə də onu göstərir ki, burada mütləq şəkildə evalusiyon yolla (sistemli, ardıcıl) bu məsələyə yanaşılmalıdır.
İkinci, hər kəsə məlumdur ki, korrupsiyanın 2 tərəfi mövcuddur. Rüşvəti verən və rüşvəti alan. Burada cəmiyyətin də vətəndaşların da bir sözlə hər kəsin böyük bir məsuliyyəti var. Lakin çox təəssüflər olsun ki, bəzən biz bunun əksini görürük. Bu da neqativ halların inkişafına gətirib çıxarır. Sosial məsələlər də xüsusi müzakirə olunan məsələlərdəndir. Bu ümumi bəla ilə hər birimiz birgə mübarizə aparmalıyıq", - deyə bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB