Gəncədə Dövlət Baytarlıq Xidmətinin hesabatı dinlənilib

Gəncədə Dövlət Baytarlıq Xidmətinin hesabatı dinlənilib

Gəncə şəhərində Dövlət Baytarlıq Xidmətinin rəhbərliyi tərəfindən ölkədə son bir il ərzində aparılan işlərə dair hesabat müşavirəsi keçirilib. SİA-nın bölgə müxbirinin məlumatına görə, tədbirdə qurumun rəisi Sialə Rüstəmova və digər rəsmilər iştirak edib.

Bildirilib ki, ötən bir ildə aparılan profilaktik tədbirlərin nəticəsi olaraq hazırda ölkədə epizodik vəziyyət sabitdir. Xüsusən heyvanlarda iti yoluxucu xəstəliklərin qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlər görülüb. Qarayara, dabaq, taun və sair kimi xəstəliklərin ev heyvanları arasında yayılmaması istiqamətində də mübarizə tədbirləri həyata keçirilib. Quş qripi xəstəliyinin yayılmaması üçün 9 min 81 ev və çöl quşundan qan analizləri götürülüb. Ümumilikdə isə bütün ev heyvanlarında vaksinasiya tədbirlər aparılıb. 2012-ci ildə isə Dövlət Baytarlıq Xidmətində bir sıra dəyişikliklər nəzərdə tutulur.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə