Fevralın 26-da Xocalı faciəsinin 20-ci ildönümü ilə əlaqədar Misir Ərəb Respublikasının paytaxtı Qahirədəki Ayn-Şəms Universitetində Qahirə-Türk Araşdırmalar Mərkəzinin Azərbaycan Respublikasının Misirdəki səfirliyi ilə birgə təşkilatçılığı ilə konfrans, Dubayda BƏƏ-də fəaliyyət göstərən "Azərbaycan" Cəmiyyətinin təşkilatçılığı ilə Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş elmi-praktiki konfrans, Küveytdə "Vətənsevər" Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə anım mərasimi keçiriləcək.
Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə tədbirlər ABŞ-ın Nyu-York, Los-Anceles, San-Fransisko, Hyuston şəhərlərində də təşkil olunacaq.
Amerika-Azərbaycan Şurası, Amerika-Azərbaycan Cəmiyyəti, Azərbaycan-Nyu-York Assosiasiyası, Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının təşkilatçılığı ilə keçiriləcək anım mərasimlərində ABŞ-ın azərbaycanlı icması ilə yanaşı, türk, yəhudi və digər icmaların nümayəndələrinin iştirakı nəzərdə tutulub.
Xocalı soyqırımı qurbanlarının xatirəsi Avstraliya, Yeni Zelandiya, ABŞ, Kanada və Meksikada da yad ediləcəkdir.
Avstraliya-Azərbaycan-Türk Dostluq Birliyi təşkilatı fevralın 26-da Sidney sakinlərinə əvvəlcədən istehsal olunmuş üzərində "Xocalı faciəsi – 1992-ci il" yazısı olan köynəklər paylayacaq, Azərbaycan-Yeni Zelandiya Dostluq Cəmiyyəti tərəfindən anım mərasimi keçiriləcəkdir.
Kanadanın Ottava, London və Kalqari şəhərlərində müvafiq olaraq Kanada-Azərbaycan Təşkilatlar Assambleyası, Kanada Azəri-Türk Assosiasiyası, Alberta Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Xocalı soyqırımı ilə bağlı anım mərasimləri təşkil olunacaqdır.
Fevralın 26-da Xocalı soyqırımı qurbanlarının xatirəsi Meksikada fəaliyyət göstərən Latın Amerikasındakı Azərbaycan Assosiasiyası tərəfindən təşkil olunmuş anım mərasimində anılacaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB