Elnur Kələntərli: “İlin sonuna kimi Özünədəstək proqramı bütün respublika üzrə həyata keçiriləcək\"
"Birdəfəlik ünvanlı yardım-Özünədəstək proqramının 5 rayonda icra olunması nəzərdə tutulur. Bu ilin sonuna kimi proqramın bütün respublika üzrə həyata keçirilməsinə başlanacaq". SİA-nın xəbərinə görə, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyiinin aparat rəhbərinin müavini Elnur Kələntərli deyib. O bildirib ki, bu siyahıya yeni rayonlar əlavə edilsə də məsələyə daha həssas yanaşmaq lazımdır.
"Özünədəstək proqramı ailəyə düşən ünvanlı yardımın birdəfəlik əhaliyə verilməsidir. Ailələr araşdırlmalıdır. İndidən məlumatlar var ki, bir çox ailələlər öz təsərrüfatlarını artırıb, dolanışıqları yaxşılaşıb. Amma elə siqnallar da daxil olur ki, bir həftə keçməmiş həmin insanlar mal-qaranı bazarda satır və onların tələf olduğunu deyir. Buna görə də verilən vəsaitin effektivliyi dərindən araşdırılmalıdır. Bu çox həssas təbəqədir. Tədricən bu proqram respublika üzrə tətbiq olunacaq", - deyə o əlavə edib.
E.Kələntərli qeyd edib ki, bu proqram ötən il ilkin olaraq Tovuz rayonunda həyata keçirilib. Onun sözlərinə görə, gələn həftə nazir bunun nəticələrini öyrənmək məqsədilə həmin rayona səfər edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB