Fizuli Ələkbərov nazirlik əməkdaşlarına və yerlərdəki müvafiq şöbələrin rəhbərlərinə xəbərdarlıq etdi-FOTOSESSİYA
Bu gün əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov
bir qrup vətəndaşı qəbul edərək onların şikayətlərini dinləyib. SİA-nın xəbərinə görə, 30-dək vətəndaşı tək-tək qəbul edən F.Ələkbərov onların ünvanlı dövlət sosial yardımlarının, əlillik
qruplarının təyinatı, eləcə də sosial müdafiə işinin digər sahələri ilə bağlı şikayətləri ilə tanış olub.
Nazirliyin müvafiq şöbələrinin
mütəxəssislərinin də iştirak etdiyi
görşdə nəticədə araşdırmalar
nəticəsində ayrı-ayrı şikayət ərizələrində haqlı narazılıqların ifadə edildiyi
də aydın olub. Bu narazılıqların əsas səbəbinin yerli strukturların ayrı-ayrı
əməkdaşları tərəfindən vətəndaşların müraciətlərinə baxılmasında diqqətsizlik,
səhlənkarlıq və ədalətsizlik hallarına yol verilməsindən irəli gəldiyi müəyyən
edilib.
Görüşdə əsassız şikayət ərizələri ilə yanaşı, bir sıra əsaslı şikayətlər də üzə çıxarılıb.
Vətəndaşların müraciətlərində
əksini tapan məsələlərin ədalətli həlli ilə əlaqədar göstəriş verən nazir eyni
zamanda, vətəndaşlarda haqlı narazılıq
yaradan hallarla bağlı aidiyyatı yerli strukturlar və onların əməkdaşları
haqqında tədbirlər görülməsi barədə tapşırıq verib. F.Ələkbərov bəzən sosial cəhətdən həssas insanlarla münasibətlərdə
yol verilən kiçik bir diqqətsizlik belə həmin vətəndaşlarda narazılığa, onların
müxtəlif instansiyalara şikayət ərizələri yazmasına səbəb olur və bu səbəbdən
də strukturlara hər bir vətəndaş müraciətinə diqqət və qayğı ilə, həssaslıqla
yanaşılması tapşırılıb. Nazir ünvanlı dövlət sosial yardım almaq
üçün müraciət edən bəzi əmək qabiliyyətli insanların işlə təmin olunması və
birdəfəlik ünvanlı sosial yardım - "Özünüdəstək" proqramına cəlb edilməsi üçün
aidiyyəti strukturlara tapşırıqlar verib.
Görüşün
davamında F.Ələkbərov
nazirlik əməkdaşlarına və yerlərdəki müvafiq şöbələrin rəhbərlərinə xəbərdarlıq
edib: "Bu müraciətlərin bir çoxuna yerlərdə baxmaq və həll etmək mümkündür. O zaman müraciətər niyə yerlərdə həll edilmir? Mən bir daha
xəbərdarlıq edirəm ki, işinizə məsuliyyətlə yanaşın. Əks halda, müvafiq ölçü
götürüləcək və belə məsuliyyətsiz işçilər işdən çıxarılacaq".
Nazir vətəndaşların bir çoxunun şikayətçilərinin araşdırılması, qısa zaman çərçivəsində həll edilməsi, müvafiq mərkəzlərdə lazımi işlərin görülməsi ilə bağlı xüsusi tapşırıqlarını verib.
Görüşün sonunda mənzilin və avtomobilin açarları, sənədləri vətəndaşalra təqdim olunub.
Qeyd edək ki, ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Ələkbərov və nazirliyin digər məsul şəxsləri Oğuz, Şirvan, Göyçay, Şəki, Ağcabədi, Yevlax, Şabran, Gəncə və digər bölgələrdə olaraq, Naxçıvan MR istisna olmaqla, ölkənin bütün bölgələri üzrə ümumilikdə 560-dan çox vətəndaşı qəbul ediblər. Nazirlikdə yaradılan İctimai Şuranın üzvlərinin də iştirakı ilə aparılan qəbul proseslərində şikayət ərizələrində qaldırılan məsələlər yerində və qanunvericiliyin tələblərinə uyğun tərzdə araşdırılaraq, müvafiq tədbirlər görülüb. Vətəndaşların yaşadıqları bölgədə qəbulu və müraciətlərinin araşdırılması işləri davam etdiriləcək.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB