“Dünyada mənim Vətənim”

MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Şimali Kiprdə yerləşən Doğu Akdeniz Universitetinin Azərbaycan Cəmiyyəti "Dünyada mənim Vətənim" adlı layihə həyata keçirəcək.

Bu barədə SİA-ya layihənin rəhbəri və eyni zamanda MİRAS İctimai Birliyinin Şimali Kipr üzrə təmsilçisi Cəfər Mənsimi məlumat verib. Məlumata görə, layihənin məqsədi gənclərə ölkəmizin keçmiş və bugünkü tarixini, mədəniyyətini aşılamaq, onların dünyagörüşlərinin, həyata baxış tərzlərinin artmasına yardımçı olmaqdır. Bundan başqa layihə çərçivəsində gənclərin mədəniyyət ocaqlarına teatr və kitabxanalara qarşı marağının artırılmasına çalışılacaq.

"Dünyada mənim Vətənim" layihəsi bir sıra dünya universiteti ilə əməkdaşlıq nəticəsində reallaşacaq.

Layihə çərçivəsində gənclər bir araya gələrək öz ortaq tarixi mədəniyyətlərini bir-birləri ilə bölüşəcəklər.

Layihənin ildə bir neçə dəfə davamlı keçirilməsi planlaşdırılıb.

Bu silsilədən ilk tədbirin Xocalı faciəsi ilə bağlı olaraq Şimali Kiprdə beynəlxalq elmi-praktik konfransın təşkil olunması planlaşdırılıb.

Bundan başqa məlumat üçün bildirək ki, layihə çərçivəsində 3 günlük xarici səfərlərin təşkil olunması planlaşdırılıb.

Səfərin 1-cü günündə tələbələr tamaşa göstərəcəklər. Tamaşada onların öz ölkələrinin tarix və mədəniyyətləri əks olunacaq.

2-ci gündə konfrans təşkil olunacaq. Konfransda tələbələr özləri məruzələr ilə çıxış edəcəklər. Məruzlər də əsasən ortaq tarix və mədəniyyətə toxunulacaqdır. Bundan başqa tələblər öz ölkələrinin köhnə və yeni filmlərini nümayiş etdirəcəklər.

Bundan sonra getdikləri ölkələrin mədəniyyət ocaqları, görməli və tarixi yerləri ilə yaxından tanış olmaq məqsədi ilə turlar təşkil olunacaq.

3-cü gün tələblər tanımış insanlar, elm xadimləri, ziyalılar ilə görüşmək şansını qazanacaqlar.

Hər səfərin sonunda tələblər səfərlə və həmin ölkə ilə bağlı qısa süjetli filmlər çəkəcəklər. Bir neçə səfərdən sonra bunlar birlikdə birləşəcək və geniş filim hazırlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə