Əhali tərəfindən nazirliyə edilən əsaslı şikayətlərlə bağlı əməkdaşlar işdən çıxarılıb

Əhali tərəfindən nazirliyə edilən əsaslı şikayətlərlə bağlı əməkdaşlar işdən çıxarılıb

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) bu gün 1 milyon 5 min vətəndaşa xidmət göstərir. Ötən il həmin vətəndaşlar tərəfindən nazirliyə 7 min ərizə və şikayət daxil olub". SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında nazirliyin aparat rəhbərinin müavini Elnur Kələntərli deyib. O bildirib ki, bu müraciətlərin 500 mini ünvanlı sosial yardımlar, 400 mini sosial müavinət və digərləri, digərləri isə avbtomobil, ev, xaricdə müalicə və digər məsələlərdir. Onun sözlərinə görə, nazirliyə ünvanlanan ərizə və şikayətlər ümumi xidmət göstərilən əhalinin 0,47%-ni təşkil edir.

"Bu da heç 1% etmir. Bu statistika bizi sevindirir. Amma ümumiyyətlə, vətəndaşlar tərəfindən gələn şikayətlərin 0%-a endirilməsini istəyirik", - deyə o əlavə edib.

E.Kələntərli əlavə edib ki, belə şikayətlərlə bağlı töhmət verilən əməkdaşlar da olub. Onun sözlərinə görə, nazirliyə əhali tərəfindən edilən əsaslı şikayətlərlə bağlı 30-dək əməkdaş işdən çıxarılıb: "Nazirlik hər bir şikayəti yerində araşdırır. Araşdırma zamanı bir çox şikayətlərin əsassız olduğu müəyyən edilir. Amma əsaslı şikayətlər də olur. Bəzən üzə çıxır ki, həqiqətən yerlərdə hansısa məmurlarımız tərəfindən vətəndaşların hüquqları pozulub. Bundan sonra da əhalinin şikayətlərinin yerində araşdırılması davam etdiriləcək. Gələn həftə Tovuz rayonunda vətəndaşların qəbulu keçiriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə