Milli Məclis Xocalı soyqırımının 20 illiyi ilə bağlı xüsusi iclas keçirəcək

Milli Məclis Xocalı soyqırımının 20 illiyi ilə bağlı xüsusi iclas keçirəcək

Azərbaycan Milli Məclisi gələn həftə Xocalı soyqırımının 20 illiyi ilə bağlı xüsusi iclas keçirəcək. Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib ki, iclasda dinləmələr aparılacaq və müvafiq qərarlar qəbul olunacaq. İclasın keçiriləcəyi tarixi açıqlamayan B. Muradova bununla bağlı dəqiqləşmə aparıldığını söyləyib. Onun sözlərinə görə, xüsusi iclasda Xocalı soyqırımı ilə bağlı bir sıra məsələlər, o cümlədən soyqırımın beynəlxalq səviyyədə tanıtdırılması ilə əlaqədar müzakirələr aparılacaq, müvafiq qərarlar qəbul ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə