Bu gün Azərbaycan Yazıçılar Birliyində (AYB) Novosibirskdə fəaliyyət göstərən Heydər Əliyev adına Beynəlxalq Azərbaycan Forumunun sədri Mirkazım Seyidovun 50 illik yubileyi qeyd olunub. SİA-nın məlumatına görə, yubiley tədbirində tanınmış ziyalılar iştirak edib.
Daha sonra çıxış edən AYB-nin katibi Arif Əmrahoğlu bildirib ki, yubilyar haqqında nə qədər danışsa, azdır: "M. Seyidov o şəxsiyyətlərdəndir ki, onun bir siması var. İstər mədəniyyət, istərsə də siyasi baxımından öz fikirlərini lazımi şəkildə çatdıra bilir".
Mirkazım Seyidov isə bu yaşın insan ömrünün ən gözəl çağı olduğunu vurğulayıb: "Həyatımın ən gözəl anlarını yaşayıram. Allah ən gözəl hədiyyəsini artıq verib. Belə ki, ikinci nəvəm dünyaya gəlib. Artıq bundan sonra evdə iki nəfərin doğum gününü bir gündə qeyd edəcəyik".
Yubiley tədbiri qonaqların səbəbkar haqqında söylədikləri dəyərli fikirlərlə davam edib.
Qeyd edək ki, yubiley tədbirində Rusiya Federasiya Şurasının üzvü Aleksey Bespolikov iştirak edərək səbəbkara şuranın diplomunu təqdim edərək onu təbrik edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB