Qış “Liderlik Məktəbi”nin iştirakçıları Rusiya və Norveç səfirliklərinin nümayəndələri ilə görüşüblər

Qış “Liderlik Məktəbi”nin iştirakçıları Rusiya və Norveç səfirliklərinin nümayəndələri ilə görüşüblər

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Xızıda reallaşdırdığı ənənəvi Qış "Liderlik Məktəbi" layihəsi davam edir.

ATGTİ-nin mətbuat katibi Məcid Musayevin SİA-ya verdiyi xəbərə görə, Qış "Liderlik Məktəbi"nin proqramına uyğun olaraq, fevral 16-da "Eurovision günü" təşkil edilib. Tədbir çərçivəsində Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) rəhbəri, Ənvər Şeyxov və Norveç Səfirliyinin konsulu Byonar Teigen gənclərlə görüşə gəliblər.

ATGTİ-nin mətbuat xidmətinin rəhbəri Məcid Musayev qonaqlara ittifaqın fəaliyyəti barədə məlumat vermiş, 300-ə yaxın ATGTİ fəallının Bakıda keçiriləcək "Eurovision 2012" mahnı müsabiqəsində könüllü kimi iştirak edəcəyini bildirib.

Öz növbəsində RİMM-in rəhbəri, Ənvər Şeyxov çıxışında gənclərimizin bütün mövzularda olduğu kimi, bu böyük tədbirin hazırlanmasında da yaxından iştirak etdiyindən məmnun olduğunu bildirib. Rusiya və Azərbaycan gəncləri arasında olan dostluq əlaqələrinə toxunan Ə. Şeyxov qeyd edib ki, hər iki ölkə rəhbərliyi üçün gənclərlə iş vacibdir amildir.

Sonra çıxış edən Norveç səfirliyinin konsulu, Byonar Teigen Qış "Liderlik Məktəbi"nin iştirakçılarına Krallığın ölkəmizdəki səfiri Erlinq Şyonsberqin salamlarını çatdırdı. Norveçin Azərbaycanla təhsil, iqtisadiyyat və mədəniyyət əlaqələrinin inkişafında maraqlı olduğunu vurğulayan B. Teigen Azərbaycan gənclərinin uğurlarından xəbərdar olduğunu dedi, ölkənizin uğurlu fəaliyyətini izlədiyini bildirib.

Görüşün davamında Qış "Liderlik Məktəbi"nin iştirakçılarının çoxsaylı suallarına cavab verən səfirlik rəsmiləri bir daha qeyd ediblər ki, onlar Azərbaycanın "Eurovision 2012" beynəlxalq mahnı müsabiqəsini çox yüksək səviyyədə keçirəcəyinə əmindirlər.

Qeyd edək ki, dünənki günün nəticələrinə görə "FIFA U-17" komandası günün qalibi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə