Qənirə Paşayeva Pamukkaledə \"20-ci yılında Hocalı Katliamı\" konfransında çıxış edəcək
Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq qrupunun üzvü, millət vəkili Qənirə Paşayeva Xocalı Soyqırımının 20-ci ildönümü ilə əlaqədar keçiriləcək tədbirlərdə iştirak etmək üçün Türkiyəyə yola düşəcək. SİA-nın xəbərinə görə, millət vəkili Qənirə Paşayeva Türkiyənin Dənizli bölgəsində yerləşən Pamukkale Universitetində \"20-ci yılında Hocalı Katliamı\" konfransında çıxış edəcək.
\"20-ci yılında Hocalı Katliamı\" konfransı 20 fevral tarixində saat 14.30-da Pamukkale Universitetində başlayacaq. Konfransda Azərbaycandan millət vəkili Qənirə Paşayeva, Türkiyə Böyük Millət Məclisindən isə millət vəkili Sinan Oğan çıxış edəcək. Onlar tədbir iştirakçılarının suallarını da cavablandıracaq.
Konfransın keçirilməsində Xocalı Soyqırımı, Dağlıq Qarabağ həqiqətlərinin daha geniş şəkildə yayılmasına nail olmaq, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, soyqırımlar, Ermənistanın 20 ildən artıqdır ki 1 milyon azərbaycanlının öz yurd-yuvasına dönməsinə imkan verməməsi barədə ətraflı məlumatlar verməkdir.
Tədbir çərçivəsində millət vəkili Qənirə Paşayeva və Qarabağın Azərbaycanlı İcmasının üzvü, sabiq millət vəkili Havva Məmmədovanın yazdığı və Türkiyə türkcəsində çap olunmuş \"Hocalı Soykırımı: Tanıkların dilinden\" kitabının təqdimatı da keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB