“Mənzil Kommunal sektorda şəffaflığın artırılması” adlı ictimai dinləmə keçirilib
Bu gün Bakıda Azərbaycan Hüquqşünasları Konfederasiyası (AHK), Azərbaycanın Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyası və Avrasiya Əməkdaşlıq Fondunun təşkilatçılığı, SİDA-nın dəstəyi ilə "Mənzil Kommunal sektorda şəffaflığın artırılması" adlı ictimai dinləmə keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Bakı və Sumqayıtı əhatə edən bələdiyyə üzvləri, icra hakimiyyəti nümayəndələri, mənzil təsərrüfatı sektorunda çalışan şəxslər iştirak edir.
Dinləmələrdə Azərbaycan Hüquqşünaslar Konfederasiyasının sədri, Korrupsiyaya qarşı komissiyanın üzvü Əli Hüseynli, komissiyanın katibi İnam Kərimov, Baş Prokurorun yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşı Pərvin Quliyev və digər nümayəndələr mövzu ilə bağlı fikirlərini bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB