Fevralın 18-i axşamdan qərb rayonlarından başlayaraq, Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti müşahidə ediləcək, sulu qar və qar yağacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin SİA-ya verdiyi məlumata görə, belə hava şəraiti fevralın 21-dək davam edəcək. Bu müddətdə ölkə ərazisində hava şəraiti yenidən yağıntılı olacaq. Bəzi yerlərdə yağıntının intensiv olacağı gözlənilir. Şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək, temperatur ötən günlərə nisbətən 3-5 dərəcə enəcək.
Bakı və Abşeron yarımadasında fevralın 18-i axşamdan 21-dək şimal küləyinin güclənəcəyi, temperaturun ötən günlərə nisbətən 3-5 dərəcə enəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir.
Havanın temperaturu fevralın 17-də Bakıda gündüz saatlarında 4-6, fevralın 18-də 3-6, fevralın 19-da isə 0-3 dərəcə isti gözlənilir.
Fevralın 17-də gündüz Aran rayonlarında 3-7 dərəcə isti, dağlarda 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, fevralın 18-19-da Aran rayonlarında gündüz 1-6 dərəcə isti, dağlarda 0-5 dərəcə şaxta gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB