Penitensiar Xidmətə ictimai nəzarəti həyata keçirən İctimai Komitə illik hesabat verib

Penitensiar Xidmətə ictimai nəzarəti həyata keçirən İctimai Komitə illik hesabat verib

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə ictimai nəzarəti həyata keçirən İctimai Komitə (İK) illik hesabat verib. İctimai Komitənin fəaliyyətdə olduğu 5 il ərzində cəzaçəkmə müəssisələrinə 280-dən çox başçəkmə həyata keçirilib. SİA-nın xəbərinə görə, bu fikirləri bu gün Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Faiq Qurbanov Penitensiar Xidmətin fəaliyyətinə ictimai nəzarəti həyata keçirən İctimai Komitənin illik fəaliyyətinə dair yekun hesabatında çıxışı zamanı bildirib.

İdarə rəisi İK-nin BMT, Avropa Şurası, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ilə əlaqələrindən danışaraq komitənin BQXK ilə vərəmli və xəstə məhkumların vəziyyəti ilə bağlı əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Qeyd olunub ki, bu gün Azərbaycanda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində muasir infrastruktur yaradılıb və bu istiqamətdə lazimi tədbirlər həyata keçirilir. Korrupsiya ilə mübarizə sahəsində nəzarəti həyata keçirən qeyri-hökumət təşkilatlarının şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev isə çıxışında komitənin son bir ildəki fəaliyyəti dövründə 360-dan çox məhkuma müxtəlif məsələlərlə bağlı hüquqi yardım göstərildiyini deyib. Onun sözlərinə görə, 2011-ci il ərzində komitə tərəfindən bütün cəzaçəkmə müəssisələrinə baş çəkilib.


Millət vəkili Azay Quliyev və digər çıxış edənlər də İK-nin gördüyü işlər barəsində danışaraq, ölkəmizdə həyata keçirilən genişmiqyaslı ədliyyə islahatları çərçivəsində pentensiar sistemin təkmilləşdirilməsi, məhkumların hüquqlarının qorunması, müasir infrastrukturun yaradılması üzrə tədbirlərin görüldüyünü qonaqların diqqətinə çatdırıblar.


Tədbirdə Ədliyyə Nazirliyi, Penitensiar Xidmət, İctimai Komtə üzvlərini seçən seçki komissiyası, Baş Prokurorluq, parlament, QHT, ATƏT, digər beynəlxalq və yerli təşkilatların nümayəndələri iştirak ediblər. İclasın sonunda komitənin illik hesabatına dair fikir mübadiləsi aparılıb və qarşılıqlı maraq doğuran suallara aydınlıq gətirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə