Əli Əhmədov: “Azərbaycanda korrupsiya bir sıra mətbuatın şərh etdiyi qədər təhlükəli həddə deyil”

Əli Əhmədov: “Azərbaycanda korrupsiya bir sıra mətbuatın şərh etdiyi qədər təhlükəli həddə deyil”

Azərbaycanda korrupsiya və ya neqativ hallar bir sıra mətbuatda məsələnin şərh olduğu qədər təhlükəli həddə və yaxud onların cəmiyyətə təqdim etdiyi formada deyil. SİA-nın xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi, millət vəkili Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib. Azərbaycanda bu cür halların olduğunu inkar etməyən Ə.Əhmədov bildirib ki, əgər belə olmasaydı, ona qarşı hökumət və müvafiq qurumlar tərəfindən mübarizə aparılmazdı. Onun sözlərinə görə, amma hadisələri şərh edərkən bunu şişirtməyə təhlükəli həddə olduğu barədə təsəvvür və təxəyyüllər yaratmağa çalışmamalılıyıq.

"Neqativ hallara qarşı Azərbaycanda müvafiq qurumlar tərəfindən çox ciddi şəkidlə mübarizə aparılır. Hətta korrupsiyaya qarşı mübarizə idarəsinin mövcud olması ondan xəbər verir ki, Azərbaycan hökuməti qəti şəkildə öz siyasi iradəsini nümayiş etdirərək korrupsiya hallarına qarşı mübarizəsini davam etdirir. Mətbuat orqanları bir sıra hallarda korrupsiyanın mövcud olması faktına aludəçilik göstərir. Amma ona qarşı aparılan mübarizənin lazımi dərəcədə işıqlandırmaq istəmir. Nəticədə belə təəssürat yaranır ki, Azərbaycanda korrupsiya var, ancaq ona qarşı mübarizə yoxdur. Neqativ hallar və korrupsiyaya qarşı ölkədə mütəmadi olaraq işlər görülür", - deyə Əli Əhmədov əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə