Yaponiya hökuməti Bərdə və Tərtər rayonlarında qrant müqaviləsi imzlayıb

Yaponiya hökuməti Bərdə və Tərtər rayonlarında qrant müqaviləsi imzlayıb

Yaponiyanın Azərbaycandakı səfirliyi Bərdə və Tərtər rayonlarında bir sıra lahiyələrin təqdimatını və imzalanma mərasimini keçirib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, ilk öncə Bərdə rayon icra hakimiyyətində olan Yaponiyanın Azərbaycandakı səfiri cənab Şusuke Vatanabe rayonun sosial iqtisadi inkişafı ilə yaxından tanış olub. Qeyd edək ki, Yaponiya hökumətinin həyata keçirdiyi qrant layihə çərçivəsində rayonun Qaradırnaq kəndində yeni tibb məntəqəsi tikiləcək.

Qeyd edək ki, uzun illər kənddə tibb məntəqəsi olmadığından kənd sakinlərinin ilkin tibbi yardım almasında ciddi problemlər yaranırdı. Belə ki, yaranmış çətinliyi aradan qaldırmaq üçün Yaponiya höküməti ilə müqavilə imzalandı.

Regiona səfər edən Yaponiyanın Azərbaycandakı səfiri həmçinin Tərtər rayonunda da olub. Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovla görüşərək Beynəlxalq Avrasiya mətbuat fondunun Tərtər Regional Peşə və Təlim Mərkəzinidə təsərrüfat fəaliyyəti ilə tanış olub. Daha sonra görüş çərçivəsində rayon İcra Hakimiyyətində layihənin təqdimatı və imzalanması mərasimi keçirilib. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov Ermənistanın Azərbaycan torpaqlarının işğalı nəticəsində yaranmış problemlərdən, rayondakı məcburi köçkünlərin, qaçqınların, o cümlədən cəbhəyanı kəndlərdə yaşayan insanların vəziyyətindən danışıb.



Şamxal Cəliloğlu



Bütün xəbərlər Facebook səhifəmizdə