Qusarda elektrik enerjisindən qanunsuz istifadə halları aşkarlanıb

Qusarda elektrik enerjisindən qanunsuz istifadə halları aşkarlanıb

2011-ci il ərzində Qusar elektrik şəbəkəsinin (EŞ) xidməti ərazisində keçirilmiş reydlər zamanı 244 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilib. "Azərenerji" ASC-nin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 497 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin (bundan 282,8 min kilovatsaata yaxını məişə abonenti (əhali) istehlakçıları qrupuna aiddir) 29,8 min manatdan çox istehlak dəyəri bərpa edilib. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin müəyyən hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Qeyd edək ki, 2012-ci ilin yanvar ayında sözügedən müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı isə 3 qayda pozuntusu faktı qeydə alınaraq 4,5 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin (bu məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) 270 manatdan çox istehlak dəyəri bərpa edilib. Hesabat ayında bu məbləğin 12 faizə yaxın hissəsinin ödənişi təmin edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə