“Borçalı” İctimai Cəmiyyəti Gürcüstan və Azərbaycanın rəsmi qurumlarına müraciət göndərib

“Borçalı” İctimai Cəmiyyəti Gürcüstan və Azərbaycanın rəsmi qurumlarına müraciət göndərib

"Rusiya və İran antidemokratik təfəkkür sahibi olmaqla, son zamanlar Borçalı "kartı"ndan bəhrələnməyə cəhdlər edirlər". SİA-nın verdiyi xəbər görə, bu sözləri bu gün keçirilən mətbuat konfransında "Borçalı" İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli deyib. Daha sonra o, regionda yaranan ictimai-siyasi durumla bağlı fikirlərini bölüşərək bildirib ki, İran bölgədə dini fanatizmi qızışdırır. Sədr Rusiyanın isə Borçalı türkləri ilə Gürcüstan arasında gərginlik yaratmaq xəttinə üstünlük verdiyini bildirib.


Toplantı zamanı çıxışçılar 2011-ci ildə qarşıya qoyulan əsas vəzifələrin fəaliyyət proqramına uyğun olaraq yerinə yetirildiyini bildiriblər. Onlar qeyd edib ki, bu vəzifələrdən ən önəmlisi yüzlərlə ailənin geri dönməsi olub ki, buna da böyük uğurla nail olublar. Növbəti addım kimi isə əksər kəndlərdə yenidənqurma, təmir və yeni evlərin tikintisi prosesi olub.


Toplantı iştirakçıları qeyd edib ki, soyadaşlarımızın təhsil, torpaq, toponim hüquqlarının təmini ilə bağlı Gürcüstanın müvafiq qurumlarına, Borçalı türk folkloru, tarixi, ensiklopediyasının işlənməsi, tarixi abidələrin bərpa və qorunması ilə bağlı, təhsil, sərhəd keçid məntəqəsindəki problemlərlə bağlı Azərbaycanın müvafiq qurumlarına müraciət olunub.


Qeyd edək ki , iclasın sonunda Gürcüstan azərbaycanlılarının 2012-ci ildə qarşıda duran məqsədlərindən danışılıb.


Aynurə Asimqızı

Bütün xəbərlər Facebook səhifəmizdə