Füzulinin Qazaxlar və Mirzənağılı kəndlərinə ilk dəfə olaraq təbii qaz verilib

Füzulinin Qazaxlar və Mirzənağılı kəndlərinə ilk dəfə olaraq təbii qaz verilib

Füzulinin Qazaxlar və Mirzənağılı kəndlərinə ilk dəfə olaraq təbii qaz verilib. SİA-nın SOCAR-a istinadən verdiyi xəbərə görə, 150 abonenti olan Qazaxlar kəndinin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında ümumi uzunluğu 10,5 kilometrə yaxın müxtəlif diametrli daşıyıcı və məhəllədaxili qaz kəmərləri çəkilib, 150 ədəd qaz sayğacı quraşdırılıb.


Mirzənağılı kəndində də birpilləli sistem olmaqla ümumi uzunluğu 3,5 kilometr olan müxtəlif diametrli daşıyıcı və məhəllədaxili qaz kəmərləri çəkilib, 70 ədəd qaz sayğacı quraşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə