Müdafiə Nazirliyinin veb-saytı fəaliyyətə başlayıb

Müdafiə Nazirliyinin veb-saytı fəaliyyətə başlayıb

Müdafiə Nazirliyinin veb-saytı fəaliyyətə başlayıb. SİA-nın xəbərinə görə, www.mod.gov.az ünvanında yerləşən saytda Milli Məclis, Nazirlər Kabineti, Müdafiə Nazirliyinin rəhbərliyi və rəhbər şəxslərin qəbul günləri, Silahlı Qüvvələrin beynəlxalq əməkdaşlığı ilə bağlı məlumatlar yerləşdirilib.

Saytda Silahlı Qüvvələrin Ali Baş Komandanı haqqında və Qarabağ münaqişəsi ilə bağlı məlumatlar da yer alıb. Xəbərlər bölməsində isə nazirliyin mətbuat xidmətinin məlumatları, çıxışlar, rəsmi qəbullar və görüşlər, rəsmi səfərlər və təltiflərlə tanış olmaq olar.

Bütün xəbərlər Facebook səhifəmizdə