Parisdə Şərq Dilləri və Mədəniyyətləri Milli İnstitutunda (Institut National des Langues et Civilisations Orientales-İNALCO) Azərbaycan dilinin tədrisi üzrə bölmə təsis edilib. Azərbaycanın Fransadakı səfirliyindən SİA-ya verilən xəbərə görə, Şərq Dilləri və Mədəniyyətləri Milli İnstitutunda Azərbaycan dilinin tədrisi üzrə yeni bölmənin təqdimatı keçirilib. Tədbirdə institutun rəhbər və müəllim heyəti ilə yanaşı, Azərbaycanın Fransadakı səfirliyinin əməkdaşları və Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB