Bərdə Rayon İcra Hakimiyyəti təkzib edir

Bərdə Rayon İcra Hakimiyyəti təkzib edir

Bu gün Azərbaycan öz iqtisadi qüdrəti ilə nəinki MDB məkanında, eyni zamanda dünyada tanınan, seçilən dövlətlər sırasındadır. İqdisadi inkişafımız vətəndaşların sosial problemlərinin həllindən də yan ötməyib. Hər bir azərbaycanlı tərəqqimizin nəticələrindən bəhrələnir və gələcəyə böyük ümidlərlə baxır. Dövlət başçısı İlham Əliyevin dediyi kimi regionda həyata keçirilən beynəlxalq layihələrin heç biri Azərbaycanın razılığı və iştirakı olmadan həyata keçirilmir.

Ancaq bu inkişafımızdan narahat olanlar da yox deyil. Regionlarda aparılan abadlıq və quruculuq işlərinin genişlənməsi haqda məlumatlar bol olsa da bu tikinti bumu bəzi qəzet səhifələrində qərəzli yazılarla cəmiyyətə çatdırılır. Bu da ictimaiyyəti etiraz etməyə məcbur edir.

Azərbaycanın digər regionlarında olduğu kimi Bərdə rayonda da geniş tikinti-abadlıq işləri aparılır və son vaxtlar bəzi kütləvi informasiya vasitələrində aparılan tikinti-abadlıq işləri üçün əhalidən pul yığıldığı barədə məlumatlar dərc edilir. Bərdə rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsindən aldığımız məlumatda bildirilir ki, dərc olunanlar həqiqətə uyğun deyil və böhtan xarakteri daşıyır.


Bütün xəbərlər Facebook səhifəmizdə