Oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini tutulub. SİA-nın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Nizami (Bakı) Rayon Polis İdarəsi 24-cü polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 14-də Bakı şəhər sakini Füzuli Səlimova məxsus mağazadan pəncərənin dəmir barmaqlıqlarını sındırmaq yolu ilə 267 manat pul oğurlamış şəhər sakini Haldun Səfərəliyev tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB