Gün ərzində müxtəlif yeməklər yeyirik, amma bu qidaların tərkibində hansı mikrobların olduğunu bilmirik. Bu səbəbdən də insanlar arasında qida zəhərlənmələrinin sayı artır. Qış fəslinə uyğun olaraq son günlərdə qida zəhərlənmələrinə daha çox rast gəlinir. Belə ki, ləzzətinə aldanıb yediyimiz cürbəcür yeməklərin əzabını sonra çəkirik, daha doğrusu, müxtəlif səbəblər üzündən zəhərlənmələrə məruz qalırıq. Gigiyena və Epidemiologiya mərkəzinin şöbə müdiri İmran Abdullayev deyir ki, zəhərlənmənin səbəbləri müxtəlif cür ola bilər. Onun sözlərinə görə, insanlar ilk növbədə nədən və hansı halda zəhərləndiyini müəyyən etməlidir. O qeyd edib ki, qış aylarında daha çox batulizm hallarına təsadüf olunur.
"Zəhərlənmənin ən ciddi tərəfi indoksikasiyalardır. Çünki burada qida öncədən, yəni yeyilmədən əvvəl mikroorqanizmlərin toksinləri ilə çirkləndirilir. Son dərəcədə bu, çirklənmiş qidanın dadında, tamında və görüntüsündə heç bir iz qoymur. Belə qidalar insanlar tərəfindən qəbul olunduqda, indosikasiyalar baş verir. Son dövrlərdə də qış aylarında daha çox batulizm indesikasiyaları müşahidə edilir", - deyə o əlavə edib.
Şöbə müdiri son günlər bəzi rayonlarda qeydə alınan zəhərlənmə hallarına münasibət bildirib. O qeyd edib ki, insanların bir çoxu düzgün gigiyena qaydalaına riayət etmədiyindən bu kimi hallar baş verir. İmran Abdullayevin sözlərinə görə, botulizm hallarımım çoxu ev şəraitində hazırlanan turşularda baş verir: "Yay aylarında hazırlanan turşulardan qışda istifadə edərkən artıq zəhərlənmə faktları ortaya çıxır. Bunun səbəbi ondan ibarətdir ki, ev şəraitində hazırlanan tutmalar düzgün hazırlanmır, texnoloji qaydalar, gigiyena qaydları düzgün həyata keçirilmir. Xüsusən, sterilizasiya sistemi olmadığından və bu proses tam başa çatdırılmadığından ev şəraitində ayrı-ayrı hallarda bunlar düzgün sterilizə edilmir və həmin mikroorqanizmlər canlı olaraq qalır. Onlar da qaldığı halda öz toksinlərini ərzağa buraxmış olur. Bu zəhərli ərzaqları da qışda qəbul edərkən zəhərlənmə qaçılmazdır".
O qeyd etdi ki, 2 ay müddətində 61 zəhərlənmə halı qeydə alınıb və bunun yalnız biri iaşə müəssisəsində olub. Onun sözlərinə görə, hadisələrin 4-ü batulizm, qalanları isə toksikoloji zəhərlənmə kimi qeydə alınıb. Şöbə müdiri bu məsələ ilə bağlı əhaliyə mühüm müraciətlərini də edib.
"Əhaliyə müraciətimiz ondan ibarətdir ki, mümkün qədər tutmalardan və konserv materiallardan çəkinmək lazımdır. Çünki bu konserv məhsullarının texnoloji qaydalarını bəzi qadınlar heç bilmirlər, amma bunları bir balaca qızdırmaqla, ocaqda qızdırmaqla yeyildiyi halda nəticəsi ağır olur. Eyni zmanada, hazırlanan qidalarla düzgün rəftar ermək lazımdır. Evdə texniki emaldan keçmiş qidalar sonradan soyudulmalı və bundan sonra soyuducuya yerləşdirilməlidir. Soyuducuda saxlanmalı, təkrar istifadəsi zamanı isə qaynayana kimi qızdırmaq lazımdır. Bəzən onu isidərək istifadə edirlər. Belə istifadə olunma isə daha acınacaqlı nəticəyə gətirib çıxarır. Ona görə də bu prosesləri vətəndaşlar, xüsusilə xanımlar bilməlidir ki, zəhərlənmə halları baş verməsin", - deyə o əlavə edib.
Hər halda bizlərin sağlamlığı öz əlimizdədir. Zəhərlənməmək üçün düzgün qidalanmalı və gigiyena qaydalarına riayət etmək lazımdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB