Ağcabədi rayonunun Yuxarı Avşar kəndində Azərbaycanın Milli Qəhrəmanı Namiq Abdullayevin büstünün açılış mərasimi keçirilib. Büst Milli Qəhrəmanın vaxtı ilə təhsil aldığı kənd orta məktəbin qarşısında ucaldılıb.
SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, tədbirə şəhidin ailə üzvləri və yaxın qohumları, Ağcabədi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, millət vəkili o cümlədən şəhidin döyüş yoldaşları iştirak edib. Mərasimdə iştirak edənlər qəhrəmanın döyüş yolundan, onun bir gənc kimi vətənpərvərliyindən və igidliyindən danışıblar. Bildirilib ki, Milli Ordu sıralarına könüllü yazılan Namiq Abdullayevin əsas döyüş yolu Xocavənd rayonundan keçib. Milli qəhramanın sonuncu döyüşü isə 1993-cü ildə Nərgiztəpə uğrunda gedən döyüşlərdə olub. Həmin gün ermənilər xeyli sayda zirehli texnika və canlı qüvvə ilə mövqelərimizə hücum ediblər. Şiddətli döyüş zamanı hücumun qarşısını almaq üçün Namiq tank əleyhinə qumbaranı sinəsinə sıxaraq özünü öndə gələn düşmən tankının altına atıb. Bununla da o öz həyatı bahasına döyüş dostlarını xilas edib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 202 saylı fərmanı ilə 1994-cü ildə Namiq Abdullayevə Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB