\"Deməyə sözümüz var\"
Bu gün Azərbaycan Uşaqlar Birliyi \"Deməyə sözümüz var\" foto jurnalistika vasitəsilə həssas təbəqədən olan uşaq və gənclərin gözü ilə sosial reinteqrasiya fəaliyyəti" layihəsinə həsr olunan mətbuat konfransı keçirib. SİA-nın məlumatına görə, İREX Beynəlxalq Təşkilatı tərəfindən maliyyələşdirilən layihənin əsas məqsədi həssas təbəqədən olan uşaq və gənclərin yeni media texnologiyalarindan istifadəsini artırmaq və onların cəmiyyətə səmərəli inteqrasiyasına, foto jurnalistika vasitəsilə öz fikirlərini, sosial mesajlarını cəmiyyətə çatdırmağa kömək etməkdir.


Layihə çərçivəsində həmçinin Bakıda \"Yeni Media ve Foto jurnalistika\" mövzusunda təlim kursunun keçirilməsi də planlaşdırılır.


Konfrans zamanı həm də birliyin 20 illik fəaliyyəti dövündə onun inkişafina dəstək olan təşkilatlar və ictimai xadimlərə fəxri diplomlar verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə