Gənclər üçün Sosial Xidmət Müəssisələrinin Beynəlxalq Laboratoriyası yaradılır
MDB-yə üzv dövlətlərin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun təşkilatçılığı ilə 2011-ci il üçün təsdiq olunmuş tədbirlər planına müvafiq olaraq Bakıda fevralın 15-16-da "Gənclər üçün Sosial Xidmət Müəssisələrinin Beynəlxalq Laboratoriyası" adlı layihənin icrasına başlanılır. SİA-nın məlumatına görə, layihə Gənlcər və İdman Nazirliyinin dəstəyi ilə "İnkişaf naminə təşəbbüs" qeyri-hökümət təşkilatı tərəfindən həyata keçirilir. Layihənin məqsədi gənclər üçün sosial xidmət mərkəzlərinin əməkdaşlığı üçün təqdim olunan xidmətlərin səmərəliliyini və keyfiyyətinin yüksəldilməsini təmin edən platformanın yaradılmasıdır. Belə platforma MDB iştirakçı dövlətlərində mövcud olan sosial xidmət müəssisələrinin fəaliyyətinin informasiya, təşkilati, hüquqi, metodoloji, kadr təminatı sahələrində təcrübə mübadiləsi vasitəsi ilə formalaşdırılır.
Layihədə Azərbaycan, Belarus, Moldova, Rusiya, Qırğızıstan, Tacikistan, Ukraynadan olan mütəxəssislər, gənclər üçün sosial xidmət mərkəzlərinin, müəssisələrinin əməkdaşları, həmçinin gənclər siyasətinə cavabdeh olan dövlət qurumlarının təmsilçiləri iştirak edəcəklər.
Tədbir çərçivəsində psixoloji dəstəyin göstərilməsi, istedadlı və yaradıcı gənclərin inkişafının dəstəklənməsi, peşəyönümlü işlərin təşkili, aut-riç işi ilə bağlı təqdimat keçiriləcək. Layihə çərçivəsində www.sociolab.az informasiya resursu yaradılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB