\"Azərbaycanın 10 rayon və şəhərində gənclər evi inşa ediləcək\". SİA-nın verdiyi xəbərə görə, bunu gənclər və idman nazirinin müavini İntiqam Babayev jurnalistlərə açıqlamasında bildirib. Hazırda Azərbaycanda gənclər evlərinin fəaliyyət göstərdiyini deyən nazir müavini Dövlət Proqramı çərçivəsində yenilərinin də inşasının nəzərdə tutulduğunu bildirdi: "Bakı şəhəri və ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafı proqramı çərçivəsində paytaxtın 5 rayonunda gənclər evi tikiləcək. Artıq bu gün gənclər evlərinin layihələri təsdiq olunub və bu ildən etibarən inşasına başlanılacaq. Yaxın 2-3 ildə 15 gənclər evi inşa olunacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB