Hadı Rəcəbli: \"Gənc ailələrin sosial müdafiəsi haqqında\" qanun yaxın günlərdə parlamentə təqdim edilə bilər\"
\"Parlamentin Sosial siyasət komitəsinin "Gənc ailələrin sosial müdafiəsi haqqında" hazırladığı qanun yaxın günlərdə təqdim edilə bilər\". SİA-nın verdiyi məlumata görə, bunu Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib. O bildirib ki, eyni zamanda sosial xidmətlərdə bir sıra dövlət qurumları ilə yanaşı, qeyri-hökumət təşkilatlarının iştirakı da təsbit edilib: \"Bu baxımdan da məhz bu qanunun davamı olaraq bu gün Bakıda gənclərə beynəlxalq sosial xidmət məsələsi müzakirə olunur. Biz "Gənc ailələrinin sosial müdafiəsi haqqında" qanun hazırlayırıq. Biz sosial müdafiədən danışarkən, ilk növbədə ipoteka kreditininin və mənzilin verilməsini önə çəkirik. Amma burada böyük istiqamət məhz sosial-psixoloji yardım məsələləridir, insanların hüquqi biliklərinin artırılması ilə bağlı yardımlardır. Beləliklə, sosial xidmətin ən böyük qolu insanların sosial psixoloji adaptasiya olunması məsələləridir\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB