Ukraynada elan olunmuş “Xocalı ayı” tədbirlərinə  Xarkov şəhərindən start verilib - FOTOSESSİYA

Ukraynada elan olunmuş “Xocalı ayı” tədbirlərinə  Xarkov şəhərindən start verilib - FOTOSESSİYA

Xarkov vilayət admnistrasiyası rəsmilərinin, Azərbaycan diaspora fəallarının, yerli televiziya və KİV nümayəndələrinin qatıldığı ilk anım mərasimində aradan 20 il ötməsinə baxmayaraq beynəlxalq təşkilatların Xocalı soyqrımına hüquqi siyasi qiymət verməmələri tarixi ədalətsizlik kimi qiymətləndirilib.

Tədbir iştirakçıları Xocalı qurbanlarının anim mərasiminə Azərbaycanın Milli Qəhrəmanı Viktor Seryoginin Xarkov şəhərindəki xatirə lövhəsinin önünə tər çiçəklər qoymaqla qatılıblar. Xarkov vilayət admnistrasiyası rəsmilərinin, Azərbaycan diaspora fəallarının, yerli televiziya və KİV nümayəndələrinin qatıldığı ilk anım mərasimini Ukrayna Azərbaycanlıları Konqresinin Xarkov vilayət təşkilatının sədri Qurban Abbasov açaraq 20 il bundan öncə ermənilərin Xocalı şəhərində törətdikləri kütləvi qırğınları son iki əsrdə Azərbaycan xalqına qarşı həyata keçirilmiş işğalçılıq və soyqrım siyasətinin məntiqi davamı kimi dəyərləndirib.

Mərasimdə diaspora fəallarından Haci Amil Abdullayev, Kifayət Cəfərova, Sabir İsmayılov Xarkov Dostluq Cəmyyətinin sədri Murad Ömərov və digər soydaşlarımız çıxış edərək ermənilərin işğalçılıq siyasəti nəticəsində Azərbaycan torpalarının 20 faizinin işğal olunduğunu, təcavüz nəticəsində 1 milyondan çox insanın oz döğma yurd yerlərindən didərgin salınmasından danışıblar. Erməni qəsbkarlarının Xocalı şəhərində törətdikləri vəhşilikləri qəddarlıq baxımından bəşər tarixinin ən amansız səlnaməsi kimi səciyyələndiriblər.

Sonra mərasımə qatılanlar Heydər Əliyev Fondunun xətti ilə hazırlanmış Xocalı soyqrımı filminə baxmaqla ermənilərin Xocalı şəhərində uşaqlara, qadınlara, qocalara və dinc əhaliyə qarşı həyata keçirdikləri vəhşiliklərlə tanış olublar. Xocalıda baş verən qanlı faciə insanlığa yönəlik bəşəri bir cinayətdir. Filmə baxdıqdan sonra bu devizlə çıxış edən Xarkov Şəhər Radasının deputatı Alla Bobeyka, Ümumukrayna Gürcü Cəmiyyətinin sədri Zurab Kiriya və bir sıra xalqların diaspora rəhbərləri aradan 20 il otməsinə baxmayaraq dünya birliyinin və beynəlxalq təşkilatların belə bir bəşəri cinayətə hüquqi siyasi qiymət verməməsini tarixi ədalətsizlik kimi dəyərləndiriblər.

Mərasimdə Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov və digər gənclər çıxış edərək Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya Ədalət" kampaniyası çərçivəsində dünyanın bir çox ölkələrində həyata keçirilən tədbirlərin erməni vandalizminin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadığını vurğulayıblar. Gec-tez dünya birliyinin və beynəlxalq təşkilatların ermənilərin Xocalı şəhərində azərbaycanlılara qarşı həyata keçirtdikləri soyqrım siyasətinə hüquqi siyasi qiymət verəcəklərinə əminliklərini bildiriblər.


Bütün xəbərlər Facebook səhifəmizdə