Bu il Azərbaycana Avropa ölkələrindən arxeoloji turlar təşkil olunacaq

Bu il Azərbaycana Avropa ölkələrindən arxeoloji turlar təşkil olunacaq
Azərbaycan və Gürcüstan ərazilərində yerləşən tarixi və memarlıq abidələrinə arxeoloji turizm turları təşkil ediləcək. SİA-nın xəbərinə görə, bunun üçün Avropanın bir sıra aparıcı turizm şirkətləri ilə də danışıqlar aparılmaqdadır. Ölkənin turizm potensialını nəzərə alaraq, Victory tour şirkəti Azərbaycanın qədim tarixi və onun maddi mədəniyyət abidələrini avropalı qonaqlara yaxından tanış etmək niyyətindədir.

Avropalılar arasında bu cür turlara maraq böyükdür.Arxeoloji turlarda iştirak edən turist qrupları Azərbaycan-Gürcüstan marşrutları üzrə antik dövrün qədim şəhərlərini gəzərək Qafqazın hər iki ölkəsinin zəngin maddi-mədəniyyət tarixi ilə yaxından tanış ola biləcək və həmçinin tur boyu istirahət etmiş olacaqlar. Arxeoloji turlar zamanı Azərbaycanın qədim tarixi şəhərlərindən Şamaxı, Qəbələ, Şəki, Zakatala və başqalarında tarixi və arxeoloji abidələr ilə yaxından tanış olaraq, ərazinin turizm imkanlarından istifadə etmiş olacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə