Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılan yoxlama zamanı daha bir mağazada istehlakçıların aldadılması faktı aşkarlanıb.
Nazirlikdən SİA-ya verilən məlumata görə, Bakının Azadlıq prospekti, 116 ünvanında Bəxtiyar Əşrəfəliyə məxsus mağazada aparılan yoxlama zamanı mağazada "Bütün mallara 30% endirim" qeyri-dəqiq reklamından istifadə edilməklə istehlakçıların aldadılması halı müəyyən edilib. Belə ki, satışda olan mallara heç bir endirimin tətbiq olunmadığı aşkar edilib.
Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qeyri-dəqiq reklamın yayımı dayandırılıb.
İstehlakçılardan endirimli qiymətlərlə mal təklif edən ticarət obyektlərində endirimlərin düzgün tətbiq edilməməsi halları ilə rastlaşdıqda, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə (012 498-15-01 və 498-15-04) müraciət etmələri xahiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB