ATƏT-in Bakı ofisinin rəhbəri Mərkəzi Seçki Komissiyasının sədri ilə görüşüb

ATƏT-in Bakı ofisinin rəhbəri Mərkəzi Seçki Komissiyasının sədri ilə görüşüb
ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Koray Tarqay Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüşüb. MSK-nın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, səfiri Azərbaycanda fəaliyyətə başlaması münasibətilə təbrik edən MSK sədri deyib ki, komissiya nüfuzlu beynəlxalq qurumlarla, o cümlədən ATƏT-lə sıx əməkdaşlıq edir. Bu günə kimi Mərkəzi Seçki Komissiyasının Azərbaycanda keçirilmiş seçkilərlə bağlı ATƏT-in Bakı ofisi ilə birgə çeşidli layihələrə imza atdığını diqqətə çatdıran sədr, bu tədbirlərin seçki subyektlərinin maarifləndirilməsində böyük rol oynadığını söyləyib.

ATƏT-in Bakı ofisinin rəhbəri Azərbaycanın Mərkəzi Seçki Komissiyası ilə yüksək səviyyəli əməkdaşlıqdan razı qaldığını vurğulayıb. O, bildirib ki, ofis MSK ilə əməkdaşlığın bundan sonra da davam etdirilməsindən məmnun olardı.

Bütün xəbərlər Facebook səhifəmizdə