ABŞ-ın Nyu-York ştatında azərbaycanlı istedad

ABŞ-ın Nyu-York ştatında azərbaycanlı istedad

Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində yaşayan gənc azərbaycanlı bəstəkar Türkər Qasımzadənin fortepiano üçün yazılmış "Espacio blanco para toda la nieve\" və ya "Bütün yağan qar üçün ağ boşluqlar" əsəri tamaşaçılara təqdim edilib.

Gənclər və İdman Nazirliyindən SİA-ya verilən məlumata görə, tədbirdə eyni zamanda ABŞ-ın müxtəlif musiqi akademiyalarında təhsil alan gənc bəstəkarların, həmçinin məzunların yeni əsərlərindən ibarət konsert proqramları auditoriyaya təqdim olunub.

Məlumat üçün bildirək ki, Bakı Musiqi Akademiyasının məzunu olan Türkər Qasımzadə 2011-ci ildə Manhettan Musiqi Akademiyasından magistr dərəcəsi alıb. Gənc bəstəkar hazırda, Heydər Əliyev Fondunun dəstəyi ilə ABŞ-ın musiqi sahəsində ən qabaqcıl təhsil müəssisələrindən biri olan Ohayo ştatında yerləşən "Sinsinatti" Konservatoriyasında bəstəkarlıq üzrə doktorluq dərəcəsində təhsil alır. Qeyd edək ki, onun əsərləri ABŞ, İtaliya, İsveçrə, Latviya, Avstraliyada keçirilmiş müxtəlif müsabiqələrin ən yüksək mükafatlarına layiq görülüb.


Orxan Faiqov


Bütün xəbərlər Facebook səhifəmizdə