ATƏT-in qış sesiyasında Xocalı soyqırımının 20 illiyi ilə bağlı məsələ qaldıracaq
Fevralın 23-24-də Vyanada ATƏT-in Parlament Assambleyasının XI qış sessiyası keçiriləcək. SİA-nın xəbərinə görə, bunu Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü, Milli Məclisin komitə sədri Eldar İbrahimov bildirib. Onun sözlərinə görə, sessiya zamanı nümayəndə heyəti Xocalı soyqırımının 20 illiyi ilə bağlı məsələ qaldıracaq.
Fevralın 23-24-də keçiriləcək sessiyada 50-yə yaxın parlamentar iştirak edəcək. Sessiyada BMT-nin işgəncələrə dair xüsusi məruzəçisi Manfred Novak Quantanamo hərbi həbsxanasında vəziyyət, vəkil Sergey Maqnitskinin, Ukraynanın sabiq baş naziri Yuliya Timoşenkonun işi üzrə çıxış edəcək. Sessiyada ATƏT PA prezidenti Petros Eftimiunun, Avstriya parlamentinin rəhbəri Barbara Prammerin, ATƏT-in baş katibi Lamberto Zannyerin, ATƏT PA-nın gender məsələləri üzrə xüsusi nümayəndəsi Xedi Frayın çıxışları nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB