Qarabağ FonDeAktiv Xəbərlərdu ABŞ-da Mədəniyyət Bayramı təşkil edib-FOTOSESSİYA
Qarabağ Fondu ABŞ-da Virciniya ştatının Longfellow adlı orta məktəbinin 150-yə yaxın tələbə, valideyn və müəllimləri üçün Mədəniyyət Bayramı təşkil edib. SİA-nın xəbərinə görə, onlar Azərbaycan mədəniyyəti ilə tanışlıq imkanı əldə edibər. Longfellow məktəbində təşkil olunmuş Mədəniyyət Bayramı zamanı Qarabağ Fondunun məktəbin Valideyn və Müəllim Birliyi üçün əldə etdiyi"Ailəni Məktəbə Cəlb Et Həftəsi" layihəsinin və Azərbaycan mədəniyyətinin təqdimatı tədbir iştirakçılarının böyük marağına səbəb olub.
Qarabağ Fondu bu layihəni ABŞ-ın AXA Fondundan aldığı qrant çərçivəsində həyata keçirir. Tədbir layihəni dəstəkləmiş AXA Fondunun nümayəndəsinin açılış nitqi ilə başladı. Daha sonra Longfellow orta məktəbində "Ailəni Məktəbə Cəlb Et Həftəsi" layihəsinin icrası üçün vəsait əldə etmiş Qarabağ Fondunun icraçı direktoru Diana Altman layihənin əhəmiyyətini vurğulayıb. Qeyd olundu ki, Longfellow orta məktəbi layihə üçün qrant əldə etməyə görə müraciət etmiş 233 məktəb içərisindən seçilmiş 45 məktəbdən biridir. Məktəbin direktoru iştirakçılara müraciət edərək bildirib ki, məktəbdə 96 ölkədən nümayəndələr təmsil olunur və Valideyn Müəllim Birlikləri ailələri məktəbə cəlb etməli və məktəb və ailə arasında olan əlaqələri gücləndirməlidir.
Təqdimatlardan sonra iştirakçılara Azərbaycan mədəniyyəti haqqında vəsait və müxtəlif milli geyimlər nümayiş etdirilib. Qarabağ Fondunun könüllü rəqqasları Azərbaycan rəqslərini nümayiş etdiriblər.
Qeyd etmək lazımdır ki, qrantın icrasının növbəti mərhələsində Qarabağ Fondu Longfellow məktəbi üçün veb səhifə əsaslı Azərbaycan Mədəniyyət Mərkəzi yaradacaq. Mərkəz məktəb icması və yerli sakinlər üçün nəzərdə tutulmuşdur və mərkəzdə insanlar üçün çoxlu proqram və müxtəlif resurslar təqdim olunacaq. Mərkəz məktəbə və insanlara imkan yaradacaq ki, müxtəlif mədəniyyət və insanları birləşdirən Qarabağ Fondu kimi təşkilatların fəaliyyəti ilə tanış olsunlar.
Qarabağ Fondu "Ailəni Məktəbə Cəlb Et Həftəsi" layihəsinin icrasını ABŞ-ın 50 dövlət məktəblərində həyata keçirməyi planlaşdırır. Fond ABŞ-ın məktəb direktorları üçün Azərbaycan və Qafqaz mədəniyyəti haqqında vəsaitlərin məktəb proqramına daxil etmələri haqqında təkliflər hazırlayır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB